Dubay sonuncu koronavirus xəstəsini evə buraxdı

Dubay sonuncu koronavirus xəstəsini evə buraxdı
2794 dəfə oxunub
  • A-
  • A
  • A+

Birləşmiş Ərəb Əmirliyi Covid19 xəstələri üçün Dubayda ayırdığı xəstəxananı bağlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hospitalda müalicə olunan sonuncu pasient isə ötən gün evinə buraxılıb.

Xəstəxana Dubayda Beynəlxalq Biznes Mərkəzində quraşdırılmışdı. İndi isə sözügedən ərazidə "Dubai Sports World" salınacaq. Onun açılışı isə oktyabrın 1-də keçiriləcək. Sonuncu xəstə isə Yaponiya vətəndaşı Hiroaki Fudzita olub. O, xəstəxananı həkim və tibb bacılarının alqışları ilə tərk edib.

Xəstəxanadakı bütün avdanlıqlar isə ehtiyatda saxlanılacaq. Hökumət bu qərarı ikinci dalğa olarsa, qarşısını tez almaq üçün verib.

Qeyd edək ki, xəstəxana bu ilin aprelində Covid19 xəstələri üçün açılmışdı. Hazırda Abu-Dabi və Şarjah əmirliklərində koronavirus infeksiyasına yoluxan pasientlər var. Onların mülicəsi davam etdirilir. Əmirliyin səhiyyə nazirliyi bildirib ki, hazırda 10 560 pasientin müalicəsi aparılır. İnfeksiyaya yoluxan  52 600 insandan 41 714 nəfəri sağalıb. Onlardan yalnız 326-sı vəfat edib.