Polisin əlini dişləyən aktrisa həbs edildi

Polisin əlini dişləyən aktrisa həbs edildi
2144 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Feyza Civelekin avtomobilini saxlamaq istəyən polisin əlini dişləməsi hadisəsi ilə bağlı məhkəmə qərarı verilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, üç fərqli cəzası olan Feyzanın 10 il həbs edilməsi istənilib.

Vəkili sənətçini müdafiə edərkən 10 ilin çox olduğunu deyib və etirazını bildirib. Hakim 10 il həbs olunma qərarını rədd edib.

Sonda Feyza 6 ay 7 gün azadlıqdan məhrum edilib. O, eyni zamanda 9 min 80 lirə təzminat ödəyəcək.