Məşhur rusiyalı müğənni Eqor Krid yeni eşqə başlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin sevgilisi azərbaycanlı bloqqer Əminə Mirzəyevadır. Son günlər Əminənin hər yerdə Kridin yanında olması diqqət çəkib.

Onlar hətta İnstaqramda canlı yayımda olarkən səmimi münasibətləri nəzərdən qaçmayıb. Bir-biri ilə zarafatlaşıb, romantik atmacalar atan bloqqer və müğənni daha sonra öpüşüblər.

Qeyd edək ki, Əminənin 18 yaşı var. O, Azərbaycanda anadan olub. Uzun müddətdir valideynləri ilə Rusiyada yaşayır. Onun sosial şəbəkədə 1,9 milyon izləyicisi var. Əminə daha çox qara maskası ilə məşhurdur.

 
 
 
 
 
 


                 

Xəbər lenti