"Çox vəfasızam, səni incidirəm" - Məleykə Əsədova

"Çox vəfasızam, səni incidirəm" -  Məleykə Əsədova
1974 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bağışla ürəyim, səni incitdiyim, əzab verdiyim, kədərə bürüdüyüm üçün...".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb. Aktrisa son günlər haqqında yazılan dedi-qodulara münasibət bildirib:

"Zərifliyini nəzərə almadan ürəyim ağır yüklər daşıdı. Böhtanlara dözdü, üzdə gülüş, qəlbdə göz yaşları axıtdı. Məni bağışla ürəyim... Saflığı, təmizliyin, gözəlliyin təkcə mənə lazımdır. Çox vəfasızam sənə qarşı, səni çox incitdim. Nə qədər dözəcəksən mənlə bilmirəm. Böyük çırpıntılarla döyünən, arzularla yaşayan zəhmətkeş ürəyim, bağışla".