Elton Conun şərəfinə mənzil dəyərində sikkə hazırlanıb

Elton Conun şərəfinə mənzil dəyərində sikkə hazırlanıb
801 dəfə oxunub
  • A-
  • A
  • A+

Vida turnesi çərçivəsində keçirilən konsertlərini pandemiyaya görə təxirə salan britaniyalı müğənni-bəstəkar Elton Conun şərəfinə qızıldan sikkə hazırlanıb.

Axşam.az xəbər verir ki, dizayner Bredli Morqan Conson tərəfindən hazırlanan sikkənin üzərində sənətçinin eynəyi və şlyapası təsvir olunub.

Hərraca çıxarılması planlaşdırılan qəpikdən gələn gəlir Elton Con Xeyriyyə Cəmiyyətinə bağışlanılacaq.

Qeyd edək ki, sənətçinin yarım əsrlik yaradıcılığı şərəfinə hazırlanan xatirə sikkəsinin 85 min dollara (təxminən 144 min 500 manat) satılması planlaşdırılır.