Türkiyədə 2219 nəfər koronavirusdan sağaldı - 22 xəstə öldü

Türkiyədə 2219 nəfər koronavirusdan sağaldı -  22 xəstə öldü
511 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 208 min 938 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 22 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1041 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 5282 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 2219 nəfər təşkil edir.