Bütün şəkilləri fotoşop imiş

Bütün şəkilləri fotoşop imiş
5862 dəfə oxunub
  • A-
  • A
  • A+

Çəkdiyi makiyaj videoları ilə tanınan sosial media fenomeni Duyğu Özaslan fotoşopsuz görüntüləri ilə müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, Duyğunun əslində heç də ideal bədənə sahib olmadığı ortaya çıxıb. Sellülitli bədəni ilə obyektivlərə tuş gələn fenomenin fotoşop sirri açılıb.

Unuz illərdir İnstaqramda paylaşdığı bikinili görüntüləri ilə diqqət çəkən Duyğu məsələ ilə bağlı açıqlama verib. Nevroz xəstəsi olan Özaslan müalicə aldığını, ona görə kökəldiyini deyib:

"Əvvəlcə maqazin müxbiri dostumu təbrik edirəm, məni o qədər eybəcər çəkib ki... Kökəldiyimi hər zaman deyirdim. Nevroz xəstəsiyəm və sağalmaq ərəfəsindəyəm. Bununla qürur duyuram. Xəstəliyi bilənlər məni başa düşəcək. Tənqidləriniz heç vecimə deyil".