"Danışan kimi deyirlər, müğənnisən get mahnını oxu" - Elnarə əsəbiləşdi

"Danışan kimi deyirlər, müğənnisən get mahnını oxu" -  Elnarə əsəbiləşdi
1478 dəfə oxunub
  • A-
  • A
  • A+
"Biz kimik ki? Əskimiz də tüstülü. Bir söz deyən kimi deyəcəklər müğənnisən, get mahnını oxu".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb. Sənətçi aparıcı Azər Qəribin karantinin uzadılması ilə bağlı iradını yayımlayaraq fikirlərini bölüşüb. O bildirib ki, yay günlərində evdə oturmaq çətindir:

"Xahiş edirəm, ey bizim ölkənin həkimləri: Birlik göstərmək vaxtıdır. Yığışın bir yerdə bu qərargaha, hörmətli TƏBİB-ə başa salın ki, camaata reseptlərdə vitamin D paylamaq lazım deyil. Camaatı diri-diri öldürmək lazım deyil. Buraxın insanlar Allahın verdiyi halal vitamin D-sini alsınlar günəşdən. Buraxın və nəzarət edin. Baxın, bütün dünya necə karantin edir. Siz də öyrənin. Allahım, sən özün bizə kömək ol. Ay yarımımız qaldı. Bu payıza sağ-salamat çıxa bilək".