Bakıda yayılan kəskin qoxu ilə bağlı - Rəsmi açıqlama

Bakıda yayılan kəskin qoxu ilə bağlı -  Rəsmi açıqlama
3413 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının bəzi ərazilərində kəskin qoxu hiss olunur.

Axşam.az xəbər verir ki, bu barədə sosial şəbəkədə də axşam saatlarından geniş müzakirələr gedir. Qoxunun daha çox 3, 7, 8, 9-cu mikrorayonlarda, Dərnəgül ətrafında, Nərimanov və Xətai rayonlarında hiss olunduğu qeyd edilir.

Qeyd edək ki, qoxunun səbəbi haqqında hələ ki Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilməyib.

***

“Bakı şəhərinin Nərimanov və Binəqədi  rayonlarında ətrafa kəskin  iy-qoxunun yayılması ilə bağlı  ETSN-in mütəxəssisləri tərəfindən araşdırma aparılıb. İy-qoxunun son günlər müşahidə edilən  yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən  kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb: “Sabah bu barədə daha dəqiq məlumat veriləcək”