Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 206 min 844 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 16 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1086 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 5241 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 2315 nəfər təşkil edir



                 

Xəbər lenti