Poliklinikalara getməmək tövsiyə edilir

Poliklinikalara getməmək tövsiyə edilir
2447 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Baş Səhiyyə İdarəsinin tabeliyində olan ərazi bölgüsü əsasında 87 tibb müəssisəsini əhatə edən COVİD-19-la mübarizə məqsədilə 39 ərazi tibb məntəqəsi yaradılıb.

Axşam.az xəbər verir ki, bu barədə İdarənin rəisi Nelli Veysova məlumat yayıb. Bildirib ki, yaradılmış tibb məntəqələrinin əsas öhdəliyi COVİD-19 virusuna yoluxmuş simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etməkdir. Yaradılmış işçi qrupunun vəzifələrinə həmin ərazi tibb məntəqələrinin işinin düzgün təşkili, işçi heyətinin təlimatlandırılması, iş prosesinin idarəedilməsi, koordinasıyası, monitorinqi və keyfiyyətə nəzarət aiddir.

Nelli Veysova onu da qeyd edib ki, son həftə ərzində COVİD-19 virusunun müayinə və müalicəsi məqsədilə şəhər sakinlərinin poliklinikalara axınının çoxalması virusun yayılmasına səbəb ola bilər və bu səbəbdən COVİD-19 virusuna yoluxma şübhəsi olan vətəndaşların poliklinikalara getməkdən çəkinmələri və ilkin məsləhət və müayinə üçün telefon zəngi vasitəsilə sahə poliklinikaları ilə əlaqə saxlamaları tövsiyə olunub.