Kür qırağında piknik edənlər saxlanıldı

Kür qırağında piknik edənlər saxlanıldı
1968 dəfə oxunub
  • A-
  • A
  • A+

Kür çayının Samux rayon ərazisindən keçən hissəsinin kənarında bir qrup vətəndaşın piknik təşkil etməsi müəyyən edilib.

Axşam.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, onların Samux rayon sakinləri Eyvaz İsmayılov, Nicat İsmayılov, Samir Rüstəmov, Hüseyn Zeynalzadə, Fəxri Atakişiyev, Elçin Əliyev, Eltun Zeynallı və Kənan Piriyev olduqları məlum olub.

Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.