DTX-nin həbs etdiyi məmur Səfurə Əlizadənin atasıdır

DTX-nin həbs etdiyi məmur Səfurə Əlizadənin atasıdır
20034 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyat zamanı nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Axşam.az xəbər verir ki, DTX-də aparılan cinayət işi üzrə XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev həbs edilib. 

Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə müğənni, “Eurovision” təmsilçimiz Səfurə Əlizadənin atası, mərhum energetika naziri Natiq Əliyevin qudasıdır.