Səidə Sultan onları təhqir etdi - Foto

Səidə Sultan onları təhqir etdi -  Foto
5379 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, "Altın kelebek" mükafatını bu il də Xalq artisti Röya Ayxan qazanıb.

Axşam.az xəbər verir ki, bunla bağlı məlumat ötən gün sosial şəbəkədə və saytlarda yayımlanıb. Müğənni Səidə Sultanın məsələyə reaksiyası diqqət çəkib. O, "Show news" səhifəsində məsələ ilə bağlı edilən paylaşıma rəy yazıb.

Səidə mükafatlandırmada yer alan digər həmkarlarını isə təhqir edib:

"Bəli, Azərbaycandan bir çox müğənni qatılmışdı. Hamısı da qoyun kimi bilirdi ki, sən udacaqsan".

Qeyd edək ki, "Altın kelebek"ə namizədlər arasında Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abiyeva, Röya Ayxan və Sevda Yəhyayeva olub.