İsmayıl Babayev həbs edildi

İsmayıl Babayev həbs edildi
1941 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün “Fairmont Baku” hotelində karantinin pozulması haqda videolar paylaşanları “işverən” adlandıran İsmayıl Babayev inzibati qaydada həbs edilib.

Axşam.az xəbər verir ki, İ.Babayevə Səbail Rayon Məhkəməsinin qərarı ilə 20 sutkalıq inzibati həbs cəzası verilib.

Faktı Bakı Şəhər Baş Polis İdarəsindən təsdiqləyiblər.

Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyi “Fairmont Baku” hotelində karantin rejimini pozan şəxsləri saxlayaraq cərimələyib.

Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.