Türkiyədə bir gündə 20 nəfər koronavirusdan öldü

Türkiyədə bir gündə 20 nəfər koronavirusdan öldü
890 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Türkiyədə daha 20 nəfər koronavirusdan ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 206 nəfərə çatıb.

Son gün ərzində COVID-19-a 1 154 nəfər yoluxub. Bununla da qonşu ölkədə koronavirus xəstələrinin ümumi sayı 204 610 nəfərə çatıb.

Nazirin sözlərinə görə, ötən gün virusa yoluxmuş 1 214 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə ümumilikdə 179 492 pasiyent sağalıb.