Dostunu müdafiə etdi

Dostunu müdafiə etdi
1997 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Zeynəb Beşerler Deniz Bulutsuzu döydüyü iddia edilən həmkarı Ozan Güvenə dəstək olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bunla bağlı paylaşım edən sənətçi dostunun tərəfini tutub.

"Ozan Güven köhnə dostumdur. Onun belə bir addım atacağına inanmıram. Əgər etdisə və sübut olunursa, ən böyük düşməni mən olacam. Qadına qalxan əllər qırılsın. Qadına şiddətə yox" deyə, Zeynəb bildirib.

Onun bir addımı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. "Nə olduğunu bilmirik. Yox qız özünü döydü, o oldu, bu oldu. İki tərəfi də dinləmədən bunları etmək olmaz. İş məhkəmədədir. Hər şeyi görüb sonra danışın" deyə, aktrisa tənqidlərə cavab verib.