Bakıda 29 yaşlı iş xanımı vəfat edib - Fotolar

Bakıda 29 yaşlı iş xanımı vəfat edib -  Fotolar
19194 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda 29 yaşlı iş xanımı Ülkər İsgəndərova vəfat edib.

Axşam.az xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə məlumat yazıblar. Bildirilib ki, Ülkər yatdığı yerdə ürəktutmasından dünyasını dəyişib. Dostları "Köməkçisi gəlib ki, oyanmır" deyə qeyd ediblər.

Ü.İsgəndərova İnstaqramda "nazlı_design" adı ilə tanınırdı. Nazlı isə onun qızının adıdır.

Qeyd edək ki, Ülkər toy, xına, nişan məclislərinə xonça bəzədilməsi ilə məşğul olurdu. Onun iki övladı var.

Bir müddət əvvəl o, həkim valideynlərinin koronavirusa yoluxduğunu və müalicə aldığını bildirmişdi. Son paylaşımlarının birində Ülkər valideynlərinin səhhətinin yaxşılaşdığını yazıb.

Ülkər 3 gün əvvəl Xalq artisti Mübariz Tağıyevin "Xatirə" mahnısını paylaşaraq "Bu ifa mənə “dünyada ölümdən başqa hər şeyə çarə varmış” kimi hiss etdirir" sözlərini qeyd edib.