Türkiyədə 2311 nəfər koronavirusdan sağaldı - 19 xəstə öldü

Türkiyədə 2311 nəfər koronavirusdan sağaldı -  19 xəstə öldü
434 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 201 min 098 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 19 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1192 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 5150 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 2311 nəfər təşkil edir.