Murad Boz Burcu ilə sevgilidir?

Murad Boz Burcu ilə sevgilidir?
3407 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Murad Boz idman zalından çıxarkən obyektivlərə tuş gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi karantin günlərini necə keçirməsindən danışıb.

Boz Burcu ilə sevgili olma suallarına isə "Hazırda heç bir münasibətim yoxdur. Siz də sosial şəbəkədə izlədiyiniz insanların fotolarını bəyənirsiniz. Kimisə bəyənəndə sevgili olur?" deyə, söyləyib.

Müğənni karantin günlərinin onun üçün düşərli olduğunu deyib. Murad bildirib ki, yeni mahnılar hazırlayıb:

"Hazırda bir mahnı təqdim edəcəm. Sentyabrda isə başqa bir bəstə olacaq. Dəli kimi çalışıram. İnsan işinə qayıtma şansı əldə edir".