"Acı hayat"ın aktrisası ərə getdi

"Acı hayat"ın aktrisası ərə getdi
3347 dəfə oxunub
  • A-
  • A
  • A+
Sonuncu dəfə “Huzur sokağı” serialında rol alan türkiyəli aktrisa Selin Demiratar ailə həyatı qurub.

Axşam.az xəbər verir ki, aktrisa uzun müddətdir eşq yaşadığı sevgilisi, iş adamı Mehmet Ali Çebi ilə nikah masasına əyləşib. Münasibətlərini mətbuatdan uzaq yaşayan cütlüyün xoş günündə ailələri və dostları iştirak edib.

Qeyd edək ki, 37 yaşlı aktrisa ilə həyat yoldaşı arasında 10 yaş fərq var. Daha öncə 2 dəfə ailəli olan Mehmet Ali Çebinin bu nikahlardan iki övladı var.

Xatırladaq ki, Selin Demiratar "Acı hayat" serialındakı Nərmin obrazı ilə məşhurlaşıb.