“Etdiyiniz işə, yoxsa özünüzə hörmətiniz yoxdur, bilmirəm”

“Etdiyiniz işə, yoxsa özünüzə hörmətiniz yoxdur, bilmirəm”
2493 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Ebru Şahin son zamanlar aktyor-müğənni Oğuzxan Koç və basketbolçu Cedi Osmanla eşq yaşaması haqda yayılan xəbərləri təkzib edib.

Axşam.az xəbər verir ki, aktrisa bu barədə İnstaqramın hekayə bölməsində yazıb:

“Sizin fikrinizə görə eyni axşam, eyni yerdə, iki fəqli insanla yemək yeyib, iki ayrı eşqə yelkən açmışam. Məndə külək o qədər sərt əsmir. Etdiyiniz işə, yoxsa özünüzə hörmətiniz yoxdur, bilmirəm.  Doğru xəbər olduqda, işini keyfiyyətli edən jurnalistlərin xəbəri olacaq. Havalar istidir, araşdırmaq yerinə, yalan xəbərlər yazmaq sizə daha asan gəlir, haqlısınız, amma ayıbdır”.