Tatlısəs 25 yaşlı qızla eşq yaşayır - Fotolar

Tatlısəs 25 yaşlı qızla eşq yaşayır -  Fotolar
2851 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İbrahim Tatlısəs yeni eşqə başlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "Mən qadınsız yaşaya bilmərəm" deyən sənətçinin sevgilisi Gülçin Karakaya ondan 43 yaş kiçikdir.

Tatlısəs yeni sevgilisi ilə ilk dəfə "Kanal D"də yayımlanan "2. Sayfa" proqramında kameralar qarşısına keçib. Müğənni Gülçinlə Bodrumdakı bağ evində dincəlir. 25 yaşında və izmirli olan Karakaya bir il yarımdır ki, İbrahimlə birlikdədir.

Tatlısəs "Çox xoşbəxtəm. Qadınsız dayana bilmərəm. Allah sahibinə bağışlasın" sözlərini deyib. Karakaya həm də Tatlısəsin sosial şəbəkədəki profillərini idarə edir.

Qeyd edək ki, 7 övlad, 9 nəvəsi olan müğənninin 68 yaşı var.