Çağatayı görənlər tanımadı - Fotolar

Çağatayı görənlər tanımadı -  Fotolar
3250 dəfə oxunub
  • A-
  • A
  • A+

"Barbaros" serialında Oruç rəis rolunu canlandırmağa hazırlaşan aktyor Çağatay Ulusoy Bodrumda görüntülənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, karantin ərəfəsində haqlarında ayrılıq iddiaları ortaya atılan Ulusoyu aktrisa sevgilisi Duyqu Sarışın da tək qoymayıb.

Yaxta ilə gəzintiyə çıxan cütlüyün xoşbəxt halları diqqətdən qaçmayıb. Onlar balıq tutmaq üçün qayığa da miniblər. Sevgilisi Çağatayı öpüşlərə qərq edib.

Ulusoyun yeni görünüşü də müzakirələrə səbəb olub. Ekran işindəki obrazına görə saqqal saxlayan aktyorun saçlarını uzatması və çəki alması nəzərdən qaçmayıb. Sənətçinin pərəstişkarları onu tanımaqda çətinlik çəkiblər.