“Mənim balaca Şahzadəm” animasiya filmi beynəlxalq festivalın qalibidir

“Mənim balaca Şahzadəm” animasiya filmi beynəlxalq festivalın qalibidir
953 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azanfilm” Animasiya Studiyasının istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Cənubi Koreyada keçirilən 8th Seoul Guro International Kids Film Festivalında BRIGHT FUTURE (Parlaq gələcək) nominasiyasının qalibi olub.

Axşam.az xəbər verir ki, Covid-19 pandemiyası ilə əlaqədar bu il onlayn formada keçirilən festivalın mükafatlandırma mərasimi iyulun 8-i Cənubi Koreya saatı ilə 18:00-da başlayacaq.

Aşağıdakı link vasitəsiylə qeyd olunan tarixdə mükafatlandırma mərasimini canlı izləmək mümkün olacaq:

https://cfestival.net/film-festival/gukiff/2020-gukiff-award-ceremony 

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” Studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, M.Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri filmdə animasiya hissələrinin tərkibində verilmişdir. Rəssam M.Ələkbərlinin Ekzupirinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının, 3d animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib.