Müğənni Demet Akalın keçmiş əri Okan Kurtla birlikdə "Hira Han" adlı restoran açıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, məkanlardakı bahaçılığı hər zaman tənqid edən cütlüyün bu addımı sosial şəbəkədə ümzakirələrə səbəb olub. Hər kəs restorandakı qiymətləri öyrənməyə çalışıb.
Məkan açdığını gizlətməyə çalışan Akalını aparıcı Özlem Yıldız və müğənni Deha ziyarətə gedib. Onların sosial şəbəkədəki paylaşımı sənətçinin sirrini ortaya çıxarıb.
Qeyd edək ki, Akalın ilə Okan ötən il yenidən birlikdə yaşamağa başlayıb. Cütlüyün Hira adlı qızı var.