Qaliblər bəlli oldu

Qaliblər bəlli oldu
570 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibləri müəyyənləşib.

Axşam.az xəbər verir ki, müsabiqəyə 417 hekayə təqdim olunub. 29 hekayə müəyyən edilən müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib.

Komissiyanın 5 üzvü tərəfindən müsabiqəyə qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılan və müəyyən edilən qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlələrə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilib.

Komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı hekayələr müsabiqənin qalibləri elan edilib: 

I YER

Natiq Məmmədli “Taclı mələklər”

II YER

Sevinc Elsevər “A quşlarım, getməyin...”

III YER

Cavi Dan  “Ev”

Xüsusi mükafat üzrə

Reyhan Yusifqızı “Həkimin gündəliyi”

Əkbər Qoşalı “İradə, mən ölürəm...”

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin  I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Qısa zamanda qaliblərin mükafatlandırılması xüsusi karantin rejimi və sosial izolyasiya qaydlarına müvafiq olaraq təşkil ediləcək.