Ölümündən sonra "Emmi" mükafatına layiq görüldü

Ölümündən sonra "Emmi" mükafatına layiq görüldü
667 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 26-da şəxsi helikopterinin qəzaya uğraması nəticəsində dünyasını dəyişən dünyaca məşhur basketbolçu Kobi Brayant “Emmi” mükafatının laureatı olub.

Axşam.az xəbər verir ki, bu barədə Amerika Televiziya Akademiyasının rəsmi saytında məlumat verilib.

Mükafat mərhum idmançının incəsənət, televiziya və elm sahəsində qazandığı nailiyyətlərə görə veriləcək.

“Emmi” mükafatlarının təqdimetmə mərasimi isə iyulun 18-də baş tutacaq.

Qeyd edək ki, Kobi Brayant ABŞ-ın Milli Basketbol Assosiasiyasının “Los-Anceles Leykers” klubunun müdafiəçisi olub.