“Vəsvəsə” tamaşası nümayiş olunacaq

“Vəsvəsə” tamaşası nümayiş olunacaq
455 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət “Yuğ” Teatrı “Vəsvəsə” tamaşası ilə iyunun 11-də saat 19:00-da teatrsevərlərin görüşünə gələcək.

Axşam.az xəbər verir ki, tanınmış Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış tamaşa sənət ocağının sosial şəbəkədəki səhifələri vasitəsilə canlı göstəriləcək.

Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.

Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.