"Dünyanın ən asan işi daş daşımaqdır" - Vasif Məhərrəmli

"Dünyanın ən asan işi daş daşımaqdır" -  Vasif Məhərrəmli
3575 dəfə oxunub
  • A-
  • A
  • A+
"Müğənnilik ən asan peşədir" cümləsini qəbul edə bilmirəm. Dünyanın ən çətin peşəsidir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Bizimləsən" proqramında qonaq olarkən deyib. Müğənni ifaçılıq sənətini tənqid edənlərdən söz açıb:

"Müğənnilik rahat həyat deyil. Çox ağır, çətin, məsuliyyətli, əzablı, keşmə-keşli bir sənətdir. İstəmərəm uşağım müğənni olsun. Çünki çox çətindir, əziyyətlidir. Rejim, normal yemək, içmək, yatmaq, həyat tərzi yoxdur. O qədər şeylər sadalayaram ki... Bir dəfə liftdə cavan uşaq mənə qayıtdı ki, çox asan sənətdir, pul qazanmadır. Qayıtdım ki, uşaq olmasaydın, burnunun üstünə bir yumruq qoyardım, yerində qalardın.

Bir dəfə də biri deyir, nə edirsən, daş daşımırsan ki... Dünyanın ən asan işi daş daşımaqdır. Onun qiyməti 20 manatdır. Hamı onu bacarır. Bir maşına daşı doldurursan, 20 manat getdi. Bu da oldu fəhləlik. Bu isə sənətdir, Allahın vergisidir. Bu sənəti aşağılamaq zoruma gedir. O qədər aşağılayıblar ki...

Qarşıma şərt qoysalar ki, sənət, yoxsa övladın? Övladımı seçərəm. Gedib, necə dolanaram? Alma, qarpız sataram, kanalizasiya təmizləyərəm".