"Deyirlər ki, çox iyrəncsən" - Kərim

"Deyirlər ki, çox iyrəncsən" -  Kərim
2080 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abasov sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi İnstaqramda canlı yayımda şəklini ələ salanlardan danışıb. Bir neçə gün əvvəl 18 yaşında çəkilən fotosunu izləyiciləri ilə bölüşən Kərim bildirib ki, yazılanlara gülüb:

"Fotoma nələr yazdılar: Çox iyrəncsən... Allahın yaratdığına nələr yazırlar. Baxın, o lağ etdiyiniz sifət indi budur. Onda 18 yaşım var idi, indi 40. Mənə nələr yazıb, bəyənməyənlər, keçmişimdən utanmamışam, əksinə fəxr etmişəm. Keçmişimi o qədər sevirəm ki... O çəkdiyim zülmlərə görə sifətim indi nur kimi yaşıyır. Elə rahat və xoşbəxt yaşayır... Onda əziyyət çəkən sifət indi rahatdır.

Köhnə şəkillərimi çıxarıram ki, baxım deyim, təpəgöz, keçmişin bu olub, unutma. Hamımız o vaxtlar elə olmuşuq. Aparatlar bizi elə gündə çəkirdi. Mənim köhnə şəkillərimə "nə gündəsən" deyənlərə, indi mən həmin kəlməni deyirəm".