"Saxtadır, yalan danışır, özünü mələk kimi göstərir" - Video

"Saxtadır, yalan danışır, özünü mələk kimi göstərir" -  Video
3852 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Damla bir neçə aydan sonra mayın 27-də Rusiyadan Bakıya qayıda bilib.

Axşam.az xəbər verir ki, sənətçi karantində cəmi 1 həftə saxlanılıb. Ötən gün "5/5" verilişində qonaq olan Damla bunları deyib:

"Həyatımda yaşadığım heç nəyə görə peşman olmuram. Martda getdim. Qismətdə var idisə, yaşadıq. İlk ay ümidlə yaşayırdım ki, bu hal bitəcək, sərhədlər açılacaq. May girəndə isə səbrimi cilovlaya bilmədim. Oğlum burada idi, ağlayırdım. Əvvəl oteldə qaldıq, sonra bir gün Rəqsanəgildə qaldıq. Sonra ev tutduq və kirayə yaşadıq. Eşitdim Dərbənd tərəfdən Azərbaycana keçmək olur. Gəldik, amma əvvəl buraxmadılar. Qayıtdıq Mahaçqalaya, orada ev tutduq".

Damla sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən bəhs edib:

"Deyirlər, çox saxtadır, yalan danışır, özünü məsum kimi gözə soxmağa çalışır. Sanki qüsursuzdur, günahsızdır. İnsanlara özünü mələk kimi təqdim edir. Sənət adamlarının çıxışlarını hər zaman izləyirəm. Hansısa bir sənət dostumun xətrinə dəymək, alçaltmaq, təhqir etmək, ələ salmaq, lağa qoymaq, dürüstlükdürsə, səmimiyyətdirsə... Onlar haqda neqativ fikirlər demək və bunu "sözü üzə deyirəm" kimi qələmə vermək səmimiyyətdir? Bunları etmirəmsə, saxtakaram?".

"Şəbnəm Tovuzlu sizlə efirə çıxmaq istəyib, amma razılaşmamısınız" sualına müğənni "Nə deyim. Heç bir sənət dostumla efirə çıxmıram. Dəfələrlə demişəm bunu" cavabını verib.