Türkiyəli aktrisa Hande Erçel jurnallardan birinə müsahibəsi zamanı sosial şəbəkələrdən uzaq qala bilmədiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, aktrisa karantin günlərində sosial şəbəkələrdən istifadə etmək istəmədiyini bildirib:

“İstədim, amma edə bilmədim. Mənlik olmadığını başa düşdüm. İnstaqramda, “Twitter” və s platformalarda izləyicilərlə ünsiyyət qururam. Onları sevirəm”.

3 ildir müğənni Murad Dalkılıç ilə eşq yaşayan aktrisa uzun müddətli münasibətin sirrini də açıqlayıb:

“İstər dostunla, istərsə də sevgilinlə münasibətin uzun müddətli olması üçün ən vacib məsələ hörmətdir”.



                 

Xəbər lenti