"Forbes" jurnalı son il ərzində ən çox qazanan məşhurların siyahısını hazırlayıb.

Axşam.az xəbər verir ki, siyahıda ilk yeri 590 milyon dollarla milyarder statusundan azad edilən model Kayli Cenner tutub.

İkinci yerdə 170 milyon dollarla repçi Kanye Uest, 3-cü yerdə isə 106 milyon dollarla tennisçi Rodcer Federer qərarlaşıb.

Ən çox qazananlar 10-luğundakı digər məşhurlar isə aşağıdakılardır:

Futbolçu Kriştanu Ronaldo – 105 milyon dollar

Futbolçu Lionel Messi – 104 milyon dollar

Aktyor Тayler Perri – 97 milyon dollar

Futbolçu Neymar – 95,5 milyon dollar

Aparıcı Qovard Stern – 90 milyon dollar

Basketbolçu Lebron Ceyms – 88,2 milyon dollar

Aktyor Duen Conson – 87,5 milyon dollar.



                 

Xəbər lenti