“Bu ilin sonunadək xəstəlik bitməyəcək”.

Axşam.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı TRT Avaz-dakı “Avrasiya gündəmi” verilişində Covid-19 pandemiyasından danışarkən bildirib. O qeyd edib ki, yoluxma payızda daha da arta bilər:

“Bəlkə payız gələndə digər tənəffüs yolu xəstəlikləri ilə birlikdə hətta çoxala bilər. Hamı deyirdi yay gələndə yoluxma azalacaq. Amma heç də hər yerdə belə deyil”.

H.Harmancı koronavirus peyvəndi ilə bağlı müsbət irəliləyişin olduğunu söyləyib:

“Peyvəndlə bağlı xəbərlər ümidvericidir. Sonuncu dəfə 10 peyvənd növü kliniki təcrübədən keçirilməyə başlanılıb. Bu, doğrudan da, çox sürətli bir şeydir. Çünki normalda bir peyvəndin hazırlanması bir ildən az olmaz. Çünki peyvəndlər milyonlarla insana edildiyi üçün çox etibarlı olmalıdır. Ən yaxşı ehtimalla ilin sonunadək Covid-19 peyvəndi hazır olacaq”.



Xəbər lenti