Rusiyanın Xalq artisti, aktyor və rejissor Mixail Kokşenov vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə aktyorun dostu, şairə Lyubov Voropayeva “Facebook” səhifəsində məlumat verib.

83 yaşında vəfat edən Mixailin ölüm səbəbi barədə isə hələlik məlumat verilməyib.

Qeyd edək ki, aktyor 130-dan çox filmdə rol alıb.



                 

Xəbər lenti