Koronavirus infeksiyası şou-biznes nümayəndələrinə, biznesmenlərə maddi ziyan vursa da, futbolçu Kriştian Ronadonun qazancına mane ola bilməyib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun adı yenidən tarixə yazılıb. Ronaldo "Yuventus" və Portuqaliya milli komandasında milyard dollar qazanan ilk futbolçu olub.

O, dünyada karyerasını davam etdirən ərəfədə bu məbləği qazanan üçüncü idmançıdır. Ondan əvvəl qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezer milyard dollar qazanaraq adlarını tarixə yazdırıblar.

"Forbes"in ötən ilki siyahısında Ronaldo 105 milyon dollar dəyərində sərvəti ilə dördüncü yerdə qərarlaşmışdı.



                 

Xəbər lenti