Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub.

Axşam.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib.

O bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı:

“Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu.Tələbə yoldaşlarının sözlərinə görə, istəmədiyi adamla ailə həyatı qurmağa məcbur edildiyi üçün, təəssüf ki, çıxış yolunu bu addımda görüb”.

Qeyd edək ki, G. Nağıyeva özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda tələbənin intihar etməsi ilə bağlı cinayət işi başlanılıb.

Nərimanov rayon prokurorluğundan verilən məlumata görə, 1999-cu il təvəllüdlü, Bakı şəhər, Nərimanov rayon sakini Günel Nağdıyevanın paytaxtın Nərimanov rayonunda yerləşən kirayədə yaşadığı 16 mərtəbəli binanın damına çıxaraq intihar etməsi barədə məlumat daxil olub. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, G.Nağdıyevanın məcburən evləndirildiyi üçün özünü öldürdüyü haqda məlumat yayılıb.



                 

Xəbər lenti