“Yeşilçam” aktyoru Cüneyt Arkın illər sonra ilk dəfə filmlərdə tərəf müqabili olan aktrisa Türkan Şoray barədə danışıb.

Axşam.az xəbər verir ki, C.Arkın aktrisa ilə ilk filmlərinin çəkilişində çətin anlar yaşadığını etiraf edib:

“Türkanla ilk filmimizi çəkəndə “Gözlərinə baxma, ölərsən” dedilər. Kim cavan yaşda ölmək istəyər? Qarşılıqlı ilk çəkilişimizdə bu söz ağlımdan çıxmırdı. Repliklərimi deyəndə qulağına, alnına, çənəsinə baxırdım. Türkan nəzakət göstərərək susurdu, amma obrazı canlandıra bilmirdim. Axırda “Ölsəm də, ölərəm” dedim və gözlərinə baxdım. Gözlər göz deyildi, vətən mahnısı kimi idi. Türkan uşaq kimi küsərdi, sevinərdi. Çox böyük eşq filmləri çəkdik. Gənclər özəl həyatlarında bizim kimi aşiq olurdular”.

Qeyd edək ki, məşhur aktyorlar “Arım balım peteğim”, “Hayatım sana feda”, “Gözleri ömre bedel”, “Aşk mabudesi”, “Küskün çiçek” kimi filmlərdə birlikdə rol alıblar.



                 

Xəbər lenti