Türkiyəli aktyor Cem Yılmaz sevgilisi Serenay Sarıkaya ilə tətil zamanı evinin həyətini gizlicə görüntüləyən media nümayəndələrini məhkəməyə verir.

Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə yazıb:

“Evimi güddüyünüz üçün sizi məhkəməyə verirəm. Xüsusi bir cəhdlə evlərdən video çəkməyə çalışmağınızın əlbəttə ki, bir mükafatı olmalı idi. Təşəkkürlər”.

Qeyd edək ki, jurnalistlər bir neçə gün əvvəl Cem Yılmazın evindəki hovuz kənarında istirahət edən Serenayın fotosunu çəkmişdilər.



                 

Xəbər lenti