Məşhurlar öldürülən Corc Floyda görə mitinqə qatıldılar - Fotolar

Məşhurlar öldürülən Corc Floyda görə mitinqə qatıldılar -  Fotolar
2018 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən öldürülən afroamerikalı Corc Floyda görə kütləvi iğtişaşlar artmağa davam edir.

Axşam.az xəbər verir ki, Los-Anceles şəhərində də başlayan yürüyüşlərə dünyaca məşhur simalar da qatılıb.

Onlar arasında aktyor Ben Afflek, aktrisa Kristen Stüart, modellər Kara Delevin və Emili Ratajkovski kimi ulduzlar olub.

Tanınmışlar polis özbaşınalığına son qoyulmasını tələb ediblər.

Qeyd edək ki, mayın 25-də Minneapolisdə Corc (George) Floyd polis əməkdaşlarının ittiham olunduğu bir hadisə zamanı qətlə yetirilib. İnternetdə yayılan görüntülərdə 3 polisin Floydun qollarını qandallayıb onu yerə yıxdıqları və üstünə oturaraq yerə sıxdıqları, onlardan birinin isə dizini boğazına basdığı nəzərə çarpır. Bir neçə dəfə “nəfəsim daralır” deyən Floyd sonra hərəkətsiz qalır. Xəstəxanaya çatdırılan zərərçəkən orada dünyasını dəyişib.