Daxili İşlər Nazirliyindən həftəsonu qadağası ilə bağlı məlumat yayıb.

Axşam.az xəbər verir ki, məlumatda deyilir:

"Məlum olduğu kimi Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilməklə iyun ayının 6-ı saat 00:00-dan 8 iyun saat 06:00-dək vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etməsi qadağan olunub.

Bununla əlaqədar həmin şəhər və rayonların sakinlərindən xahiş olunur ki, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qaynatanın, qaynananın) dəfnində iştirak etməyə icazə almaq üçün Daxili İşlər Nazirliyinin 590–80–20 “qaynar xətt” nömrəsinə, yaxud “102” Xidmətinə müraciət edilsin.

İyun ayının 6-dan etibarən 8 iyun tarixədək qəbul ediləcək müraciətlərə qısa müddətdə baxılaraq hər biri cavablandırılacaqdır. Yaxın qohumluq əlaqələri təsdiqlənəcəyi halda icazə verilmiş şəxs barədə məlumat polisin patrul naryadları tərəfindən və postlarında nəzərə alınacaq".



                 

Xəbər lenti