Azərbaycanda tezliklə seroloji testlər aparılacaq

Azərbaycanda tezliklə seroloji testlər aparılacaq
2079 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda seroloji testlərin aparılması Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və xüsusi proqramı ilə planlaşdırılır.

Axşam.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, çox qısa müddətdə xüsusən əhali arasında COVİD-19 xəstəliyinə qarşı inkişaf etmiş immunitetin yoxlanılması üçün aparılacaq işlər gözlənilir:

“Bizi xüsusən mart ayından sonrakı dönəmdə xəstəliyə yoluxmuş və sağalmış vətəndaşlarda inkişaf etmiş immunitet çox ciddi şəkildə maraqlandırır. Eyni zamanda belə bir elmi araşdırmalar aparılır ki, ölkə ərazisində noyabr-dekabr aylarında da bu xəstəliyə yoluxan və keçirən olubmu? ÜST-ün dəstəyi ilə tez müddətdə bu cür seroloji araşdırma aparılacaq”.