Qarabağdan bəhs edən erməni filmi Kann festivalında - Fotolar

Qarabağdan bəhs edən erməni filmi Kann festivalında - Fotolar
857 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan Kann kinofestivalına təqdim edəcəkləri filmlərin siyahısını açıqlayıb.

Axşam.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, ekran işlərinin içərisində erməni rejissor Nora Martirosyana məxsus “Külək azalarsa” filmi də var.

Ekran əsərində hekayənin Qafqazda qondarma yolla elan olunan respublikada baş verdiyi bildirilir. Lakin “Sister Productions” şirkətinin məhsulu olan filmin veb saytında Dağlıq Qarabağın adı çəkilməyib.

Ermənilərin belə bir filmlə Kanna qatılması isə sosial şəbəkələrdə səs-küyə səbəb olub.