Müasir "Ну, погоди!" belə görünəcək - Foto

Müasir "Ну, погоди!"  belə görünəcək -  Foto
2567 dəfə oxunub
  • A-
  • A
  • A+

"Союзмультфильм" karantindən sonra "Ну, погоди!" məşhur cizgi-filminin yeni versiyasını təqdim etməyə hazırlaşır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ekran işinin baş qəhrəmanı olan canavarın yeni versiyada necə göründüyü uzun müddətdir sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. "Volk"un fotosu mediada yayılıb.

Sovet dövrünün məşhur uşaq cizgi-filmini 1987-ci ildə vəfat edən Anatoli Papanov səsləndirib. İndi isə digər qəhrəman dovşanın arxasınca müasir görünüşlü canavar qaçacaq. Onun 3D formatında olacağını açıqlanıb.

Canavarın müasir obrazının görünüşü üzərində yaradıcı uzun müddət çalışıb. Onlar sonda 10 variant arasından birini seçiblər.

yaradıcı heyət bildirib ki, ekran işi bu dəfə efirdə yox, "Youtube" kanalında yayımlanacaq. Premyera 2020-ci ilin payızına nəzərdə tutulub. Tamaşaçılar 52 yeni bölüm izləyə biləcəklər.