ARB TV Rusiyanın məşhur şousu “Milyon Sirr” proqramının yayım hüquqlarını alıb.

Axşam.az xəbər verir ki, bu barədə NTV kanalının rəsmi saytında məlumat yayılıb.

Bildirilir ki, proqram payızdan efirə gedəcək.

ARB TV-nin icraçı direktoru Rəşad Məmmədov sayta açıqlamasında verilişin kanalın son üç ildir artan populyarlığına müsbət təsir göstərəcəyini söyləyib:

“Əminik ki, proqram rus tamaşaçılar kimi, azərbaycanlılar tərəfindən də seviləcək”.

Qeyd edək ki, sözügedən proqramda məşhurlar şəxsi həyatlarındakı sirləri söyləməklə 1,5 milyon rubladək (təxminən, 37 min manat) pul qazana bilər. Şounun Azərbaycan versiyasında isə bu məbləğin nə qədər olacağı məlum deyil.



                 

Xəbər lenti