Nanə İzzətə görə töhmət alıb - Video

Nanə İzzətə görə töhmət alıb - Video
6149 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İzzət Bağırov “Şou ATV” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı bir zamanlar ona görə aparıcı Nanə Ağamalıyevanın töhmət aldığını söyləyib.

“Nanə o vaxtlar radioda çalışırdı. “Yaşım yolun yarısı” adlı mahnımı gündə bəlkə 10 dəfə səsləndirirdi. Axırda töhmət aldı. Dedilər ki, ay qız, bəsdir də, bir mahnını efirdə nə qədər verərlər? Axırda dedim ki, Nanə, etmə, elə bilərlər ki, sənə pul verirəm”.