“Hörümçək adam” aktrisa ilə sevgilidir - Fotolar

“Hörümçək adam” aktrisa ilə sevgilidir -  Fotolar
1232 dəfə oxunub
  • A-
  • A
  • A+

“Marvel” şirkətinin çəkdiyi filmlərdə “Hörümçək adam” obrazını canlandıran Hollivud ulduzu Tom Holland həmkarı ilə yeni münasibətə başlayıb.

Axşam.az xəbər verir ki, bu barədə “The Daily Mail”ə cütlüyə yaxın mənbələrdən biri müsahibəsində deyib.

O bildirib ki, Tom karyerasına yeni başlayan aktrisa Nadia Parkes ilə karantin müddətini də birlikdə keçirib:

“Onlar pandemiya elan olunan ərəfədə görüşməyə başlamışdılar. Tom ailəsinə və dostlarına da onunla sevgili olduğunu söyləyib. Karantin müddətində onların birlikdə yaşaması, münasibətlərinə də müsbət təsir göstərib”.