Vida turnesi çərçivəsində keçirilən konsertlərini pandemiyaya görə təxirə salan britaniyalı müğənni-bəstəkar Elton Con 60 milyon funt sterliq zərərə uğrayıb.

Axşam.az “Dail mail”ə istinadən xəbər verir ki, maliyyə problemi ilə üzləşən 72 yaşlı sənətçinin artıq musiqiçilərini işdən azad etdiyi deyilir.

Pandemiya dövründə qənaət etməyə çalışan müğənni Amerikanın Atlanta şəhərindəki malikanəsində çalışan bəzi xidmətçilərini də işsiz qoyub.

Qeyd edək ki, özünü yaşlanmış hiss edən Elton Con səhnə ilə vidalaşmağa hazırlaşır.



                 

Xəbər lenti