Serenay şərt qoydu

Serenay şərt qoydu
2093 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Serenay Sarıkaya mərhum sənətçi Bergenin həyatından bəhs edən filmə çəkilməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, ekran işinin çəkilişləri yayın sonunda başlayacaq. Ancaq indidən Serenay çəkiliş heyətində xüsusi şərt qoyub. Koronavirus pandemiyasından qorxan sənətçinin istəkləri belədir:

“Hər kəs maska taxmalı, çəkiliş heyətinin mütəmadi hərarəti ölçülməli, məkanlarda insanların sayı az olmalı, furqonlar və kostyumlar hər gün dezinfeksiya edilməlidir”.

Qeyd edək ki, filmin çəkilişi bu aylar üçün nəzərdə tutulsa da, karantin səbəbilə sonradan başqa tarixə keçirilib.